Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 1-də Kişinyovda keçiriləcək görüşdə Azərbaycanla sülh sazişinin imzalanmasını mümkün sayır.
Bizim.Media xəbər verir ki, bu barədə o, İrəvan şəhərində keçirdiyi mətbuat konfransında danışıb.
“Bizim vəzifəmiz Azərbaycanla sülh sazişi üzrə danışıqları mümkün qədər tez başa çatdırmaq və sənədi imzalamaqdır. Komandamız bununla bağlı aktiv çalışır”, deyə o, qeyd edib.
Eyni zamanda, Paşinyan mayın 25-də Moskvada Azərbaycan prezidenti İlham Əliyevlə görüş zamanı Bakı ilə sülh müqaviləsinin imzalanacağına şübhə ilə yanaşdığını bildirib:
"Ancaq həmin gün Bakı ilə regional kommunikasiyaların açılması ilə bağlı sənəd imzalana bilər".
Bizim.Media