“Ermənistan mayın 15-də Azərbaycanın ərazi bütövlüyünü tanımayacağı ilə bağlı bəyanat verməyə hazırlaşırdı, ancaq Azərbaycanın ərazi bütövlüyünü qəbul etmək məcburiyyəti ilə üzləşdi”.
Bizim.Media xəbər verir ki, bu fikri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin birinci müavini, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım səsləndirib.
Onun sözlərinə görə, Ermənistan məğlubiyyətini rəsmən etiraf edib.
“Kamal bəy (Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu - red) Cənub dəhlizi layihəsini millətə yeni bir iş görmüş kimi göstərdi. Layihədə Azərbaycan haradadır?”, - Binəli Yıldırım vurğulayıb.
“21 ildir ki, millətimizin önündə olmuşuq, çətinliklərimizi və uğurlarımızı onlarla bölüşmüşük. Hazırda problemlər varmı? Var. Onları həll etmək üçün iradəmiz də var”, - Binəli Yıldırım əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
Region
20:07 / 21.05.2023
Ermənistan məğlubiyyətini rəsmən etiraf etdi - Binəli Yıldırım
Hazırda oxunan: Ermənistan məğlubiyyətini rəsmən etiraf etdi - Binəli Yıldırım
Hazırda oxunan: Ermənistan məğlubiyyətini rəsmən etiraf etdi - Binəli Yıldırım
137174
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.