Rəsmi Tiflis Azərbaycan və Ermənistan arasında konkret mövzularda dialoq platforması ola bilər.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “Sputnik Armenia” nəşri yayıb.
Mənbə yazır ki, bu təkliflə Gürcüstanın xarici işlər naziri David Zalkaliani 3 mart tarixində Ankarada brifinq zamanı çıxış edib.
"Bu, bizim mövqeyimizdir, inanıram ki, bu istiqamətdə irəliləməyə davam edəcəyik". Zalkaliani belə deyib.
MÖVZU İLƏ BAĞLI:
''Ceyhun Bayramova sərhədlərin delimitasiyası ilə bağlı xəritə verilib'' - Gürcü nazir
Onun sözlərinə görə, söhbət iqtisadi, biznes, mədəniyyət mövzularından və xalqlar arasında dialoqun qurulmasından gedir.
Zalkaliani Türkiyənin təklif etdiyi "3 + 3" platformasına da toxunub.
O, qeyd edib ki, Tiflis bölgədə yeni formatların yaradılmasının vacibliyi ilə bağlı Türkiyənin mövqeyini başa düşür.
Lakin nazirin fikrincə, məsələ ilə əlaqədar olaraq Gürcüstan Rusiya ilə münasibətini müəyyənləşdirib.
Qarabağdakı döyüş əməliyyatları zamanı da Gürcüstan bir dialoq platforması olmaq təklifi ilə çıxış etmişdi.
Bunu 2020-ci il oktyabrın əvvəllərində Təhlükəsizlik Şurasının iclasından sonra Gürcüstan Prezidenti Salome Zurabişvili söyləmişdi.
Bizim.Media