Azərbaycanlıların İranda ayrı-seçkiliyə məruz qalmasına qarşı etirazlarının 17-ci ildönümü ilə bağlı Almaniyanın Berlin şəhərində aksiya təşkil olunacaq.
Bizim.Media xəbər verir ki, bu barədə güneyli fəal Saleh Kamrani sosial şəbəkə hesabında məlumat verib.
“İran hökumətinin geniş repressiv hərəkətlərə əl atdığı, o cümlədən Güney Azərbaycanın şəhər və qəsəbələrinin hərbiləşdirilməsi, Azərbaycanın tanınmış fəallarından bəzilərinin həbsi və bu gün Cənubi Azərbaycanın böyük şəhər və qəsəbələrində keçirilən mitinqlərə həmrəyliyimizi bildiririk”, - deyə Kənani qeyd edib.
“Azadlıq, Ədalət, Milli Hökumət” şüarı ilə keçiriləcək mitinq yerli vaxtla 14.00-da, Berlində yerləşən "Unter Der Linden" meydanından başlayacaq.
Xatırladaq ki, 2006-cı il mayın 12-də İran hakimiyyəti “İran” rəsmi qəzetində 35 milyondan çox Azərbaycan türkünü həşərat kimi təsvir edən təhqiramiz karikatura çap edib. Bu hadisə Güney Azərbaycanda kəskin etirazla qarşılanıb və azərbaycanlılar yaşadıqları şəhər və qəsəbələrdə etiraz aksiyalarına başlayıblar.
Bizim.Media
- A-
- A
- A+
Region
14:32 / 20.05.2023
Cənubi azərbaycanlı fəallar Berlində İrana qarşı AKSİYA KEÇİRƏCƏK
Hazırda oxunan: Cənubi azərbaycanlı fəallar Berlində İrana qarşı AKSİYA KEÇİRƏCƏK
Hazırda oxunan: Cənubi azərbaycanlı fəallar Berlində İrana qarşı AKSİYA KEÇİRƏCƏK
137016
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.