ABŞ Ermənistana qrant verəcək - Türk və azərbaycanlılarla "dost olmağı öyrətmək" üçün

Hazırda oxunan: ABŞ Ermənistana qrant verəcək - Türk və azərbaycanlılarla "dost olmağı öyrətmək" üçün

13700

ABŞ Dövlət Departamenti ABŞ və Ermənistan arasındakı tərəfdaşlığın gücləndirilməsi üçün 150.000 ABŞ dolları məbləğində qrant ayıracaq.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “russian.rt.com” saytı müvafiq sənədə istinadən yayıb.

Mətndə vəsaitlərin Vaşinqton ilə İrəvan arasında "qarşılıqlı əlaqələrin inkişafına" kömək edən layihələrin həyata keçirilməsinə sərf ediləcəyi qeyd olunur.

 

MÖVZU İLƏ BAĞLI:

“Ermənilər Qarabağda yaşamaq istəyirlərsə, pasportlarında bu söz yazılacaq”


Üstəlik bu pulla həyata keçirilən bütün proqramlarda müəyyən sahədə ixtisaslaşmış Amerika mütəxəssisləri, təşkilatları və qurumları ilə əlaqə olmalıdır.

"Bu cür yanaşma ABŞ siyasətinin və baxışlarının daha dərindən başa düşülməsinə kömək edəcək". Qrantda belə deyilir.

Dövlət Departamenti hesab edir ki, potensial qrant alanlar ABŞ və Ermənistanın ortaq dəyərlərinin təbliğində, eləcə də bölgədə təhlükəsizliyin gücləndirilməsində iştirak edəcəklər.

Söhbət burada ermənilərin Türkiyə və Azərbaycan vətəndaşları arasında dostluq münasibətlərinin bərpasından gedir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin