İrəvanda aksiyada gərginlik: Polis ölən əsgərin qohumunu SAXLADI - VİDEO

Hazırda oxunan: İrəvanda aksiyada gərginlik: Polis ölən əsgərin qohumunu SAXLADI - VİDEO

136880

Ermənistanda 44 günlük müharibədə ölən əsgərlərin yaxınları məhkəmə binası qarşısında etiraz aksiyası keçirib. 

Bizim.Media Ermənistan mətbuatına istinadən xəbər verir ki, İrəvanın Şenqavit məhkəməsinin qarşısında etiraz aksiyası keçirən vətəndaşlarla polislər arasında toqquşma davam edir. 

Hüquq-mühafizə orqanlarının əməkdaşları ölən əsgərlərdən birinin qohumunu saxlayıb.

Müqavimət göstərən kişini yerə yıxıblar. Polis kütləyə onun üzərində bıçaq olduğunu deyib. Ölən əsgərlərin valideynləri hadisə yerinə gələn polis maşınının yolunu bağlamağa çalışsalar da, maşın onların yanından keçib. 
Qeyd edək ki, etirazçılar baş nazir Nikol Paşinyanın oğlu Aşot Paşinyanın oğurlanmasına cəhdlə bağlı saxlanılan Qayane Akopyana dəstək üçün toplaşıb. 
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin