Ermənistanda “Daşnaksütyun” QADAĞAN OLUNUR? 

Hazırda oxunan: Ermənistanda “Daşnaksütyun” QADAĞAN OLUNUR? 

136811

Ermənistan Milli Assambleyasının hakim “Vətəndaş Sazişi”ndən olan deputatı Akop Aslanyan “Daşnaksütyun” partiyasının fəaliyyətini dayandırmağın zəruriliyini açıqlayıb. O deyib ki, bu istiqamətdə fəaliyyətə başlayacaq.

Bizim.Media “Hraparak”a istinadən xəbər verir ki, A.Aslanyan bildirib  ki, 1998-ci ildə “Daşnaksütyun”un fəaliyyətinin dayandırılması ilə bağlı qərar ləğv ediləndə qanuna görə, partiya ancaq qurultaydan sonra fəaliyyətini bərpa etməli idi.

Deputat həmçinin bildirib:

“Daşnaksütyun” fəaliyyətini dayandırmalıdır, çünki o, antierməni təşkilatıdır. Bunu təkcə mən deyil, bir çox tanınmış adamlar da deyir”.

O, daşnakların casusluq fəaliyyəti haqqında daha çox öyrənmək üçün materiallar topladığını da vurğulayıb.
“Cəmi bir neçə ildən sonra “Daşnaksütyun” ölü partiya kimi siyasi səhnədən gedəcək”.

Xatırladaq ki, Levon Ter-Petrosyanın fərmanı ilə 1994-cü ildə “Daşnaksütyun”un fəaliyyəti siyasi partiyalar haqqında qanunu pozmaq ittihamı ilə dayandırılıb. Robert Koçaryan isə daşnakları yenidən Ermənistanın siyasi meydanına qaytarıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin