Paşinyanın oğluna görə saxlanılan qadın aclıq aksiyasına başladı

Hazırda oxunan: Paşinyanın oğluna görə saxlanılan qadın aclıq aksiyasına başladı

136694

Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanın oğurlanmasında ittiham olunan Qayane Akopyan aclıq aksiyasına başlayıb. 

Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə erməni deputat Aqnessa Xamoyan məlumat verib. 

Xamoyanın sözlərinə görə, saxlanılan qadın, həbsdə olarkən aclıq aksiyasını dayandırmaq fikrində deyil. O bildirib ki, qadın zəif düşməsinə və özünü pis hiss etməsinə baxmayaraq, Paşinyanın oğlu ilə qarşıdurmadan imtina etmək fikrində deyil. 
Qeyd edək ki, Qayane Akopyan 44 günlük müharibədə ölən erməni hərbçi Jora Martirosyanın anasıdır. O, mayın 17-də Ermənistanın baş naziri Nikol Paşinyanın oğlunun oğurlanması ilə bağlı saxlanılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin