Mayın 17-i səhər saatlarında Təbrizdə etiraz aksiyası keçirilib.
Bizim.Media “Azad İran” teleqram kanalına istinadən xəbər verir ki, aksiya Təbrizin Təhsil İdarəsinin qarşısında təşkil edilib.
Tələbə və şagirdlərin narazı valideynləri təhsil sahəsində olan çatışmazlıqlara və imtahanlarla bağlı İran Təhsil Nazirliyinin verdiyi yeni qərarlara etiraz ediblər.
Bizim.Media