Xəbər verdiyimiz kimi Ermənistanın Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanı mayın 17-də yerli vaxtla saat 15 radələrində oğurlamağa cəhd olunub.
Bizim.Media Ermənistan İstintaq Komitəsinə istinadən xəbər verir ki, Aşot Paşinyanın oğurlanması ilə bağlı ölən hərbçinin anası saxlanılıb.
MÖVZU İLƏ BAĞLI:
Paşinyanın oğlunu oğurlamaq istədilər
Məlumata görə, “Oğulların çağırışı” adlı ictimai təşkilatın üzvü olan qadına adam oğurluğu maddəsi ilə iş açılıb və o saxlanılıb.
Qeyd edək ki, Paşinyanın oğlu küçədə 44 günlük müharibədə həlak olan hərbçilərin valideynləri ilə rastlaşıb. Onlar Aşotu maşına əyləşməyə dəvət edib. Aşot bunu qəbul etmədikdə onu öldürüb qəbristanlığa aparacaqlarını deyiblər.
Bizim.Media