İrəvan Moskvaya yalvarır – “Xarici vətəndaşların Ermənistandan Qarabağa girişinə icazə verilsin”

Hazırda oxunan: İrəvan Moskvaya yalvarır – “Xarici vətəndaşların Ermənistandan Qarabağa girişinə icazə verilsin”

13641

Ermənistan Rusiya ilə xarici ölkə vətəndaşlarının Dağlıq Qarabağ ərazisinə girişini müzakirə edir.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı news.am nəşri yayıb.

Ermənistanın diaspor məsələləri üzrə baş səlahiyyətli nümayəndəsi Zare Sinanyan bu barədə RİA Novosti-yə verdiyi müsahibəsində bildirib.

Sinanyan bu məsələni Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko ilə görüşdə müzakirə etdiyini qeyd edib.

“Rusiya və Ermənistan vətəndaşlığı olmayan insanlar problemlə üzləşəcəklər. Belə ki, nəhəng bir diasporumuz var, onlar yayda Ermənistana gəlməyə öyrəşiblər, Dağlıq Qarabağı ziyarət etməyi də sevirlər və qarşıdakı yayda belə bir vəziyyət ola bilər ki, yenə də Qarabağa getmək istəyəcəklər, amma bu, baş tutmayacaq”. Sinanyan belə deyib.

Onun sözlərinə görə, söhbət erməni tərəfinin və Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərə gəlməkdən gedir.

“İndi yeni rejim elədir ki, Ermənistandan Dağlıq Qarabağa getməzdən yeddi gün əvvəl bir ərizə verməlisən, sonra siyahı rus sülhməramlılarına çatdırılır və kimin gəlib-gəlməyəcəyinə qərar verilir”. Sinanyan izah edib.

O, əlavə edib ki, 2019-cu ildə pandemiyadan əvvəl 30-50 min xarici vətəndaş Qarabağı ziyarət edib:

“İndi pandemiyanın keçmədiyi və turizm mövsümünün başlanmadığı üçün az müraciət edilib, ancaq yenə də getmək istəyənlər var. Bizə girişi qadağan olunan təşkilat və şəxslərin siyahısı verilib”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin