“Ərməni tayfalarının indiki ermənilərə heç bir aidiyyatı yoxdur” – Tarixçi alimdən AÇIQLAMA

Hazırda oxunan: “Ərməni tayfalarının indiki ermənilərə heç bir aidiyyatı yoxdur” – Tarixçi alimdən AÇIQLAMA

136311

Ermənilər hər zaman özlərini “hay” adlandırıblar. Hətta Ermənistanın qeyri-rəsmi adı “Hayastan”dır. Lakin, anqlo-saksların tələbi ilə 1918-ci ildə Qərbi Azərbaycan torpaqlarında yaradılan bu dövlətə Ermənistan adı verildi. Bu ad əslində bolşevik Rusiyasının da işinə yarayırdı.

Çünki, qədim türk torpaqlarında yeni xristian dövlətinin yaradılması əsl tapıntı idi. Yeni yaranan xristian dövlətinə Ermənistan adının verilməsi də təsadüfi deyildi. Çünki, qədim zamanlarda bu ərazilərdə ərmənilər yaşamışdı.

Hayların da Qafqazda aborigen xalq olmasını sübut etmək üçün anqlo-saksların tələbi ilə hayların yeni yaratdığı dövlətə Ermənistan adı verildi. Amma tarixi az-çox bilən hər kəsə aydındır ki, haylar Qafqaza sonradan gəlmədilər.

Ona görə də özlərini “hay” adlandıranların bizim tərəfimizdən bu gün də erməni çağırılması xeyli təəccüblüdür. Əslində biz hayları ərməniləşdirməklə şanlı tariximizi ləkələmiş oluruq və dolayısı ilə “hay” dəyirmanına su tökürük.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan tarixçi alim Zaur Əliyev bildirdi ki, hayların qədim ərməni tayfalarına heç bir aidiyyatı yoxdur:
 

MÖVZU İLƏ BAĞLI:

“İran şirkət adıdır, tarixdə bu adda yer olmayıb” – Tarixçi alimdən SENSASİON AÇIQLAMALAR 


“Haylar Qafqaza əvvəlcə Yaxın Şərqdən, daha sonra isə Əmir Teymurun vasitəsi ilə Orta Asiyadan gəliblər. Ərmənilərə gəldikdə isə onlar qədim ağvan tayfalarından törəyənlərdir. Bunu sübut edəcək çoxlu sayda tarixi sənədlər var.

Bununla bağlı son illərdə çox qiymətli materiallar toplamışıq. Məsələn, 1917-ci ildə Çində bir kitab çap olunub. Çincə-Rusca lüğət adlı həmin kitabda yazılır ki, "Atropataniya-Azərbaycan". Və orda bir məqam da var ki, qədim Çin səyyahları Qafqaza gələrkən ərməni tayfalarıyla rastlaşıblar. Həmin ərmənilər türk idilər.
Bu gün tarix üçün hamı Vatikana və Avropaya üz tutur. Amma əsl tarixi həqiqətlər şərqdə yatır. Çin qədim dövlət olduğu üçün bu ölkənin arxivində bizə lazım olacaq çox qiymətli materiallar var”.

Zaur Əliyev tarixi tarixçilərlə yanaşı arxeoloq və dilçi-toponimçilərin də yazmalı olduğunu diqqətə çatdırıb:

“Çünki, bəzi yer adlarının maraqlı açmaları var. Məsələn, ərməni də erməni yox, sərkərdə deməkdir. Ərmənilər qədim oğuzların bir qolu olub. Qafqazda vaxtilə 24 türk tayfası olub. O tayfalar Mannadan, Midiyadan tutmuş bir çox dövlətləri yaradıblar. O cümlədən ərmənilər də. 

Ərməni sərkərdə, döyüşkən insan deməkdir. Çox təəssüf ki, son 200 ildə rus tarixçiləri ərməniləri ermənilərin ulu əcdadları kimi göstəriblər. Yenə deyirəm ərmənilər oğuz tayfalarının bir qoludur. Qafqazdakı haylar haqqında Çin mənbələrində məlumatlara rast gəlinir. Bu da dediyim kimi Əmir Teymurun Qafqaza gəlişindən sonrakı dövrlərə təsadüf edir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin