Bu gün İranın Kərəc şəhərindəki Qızıl Hisar həbsxanasının qarşısında edam olunacaq üç məhbusun ailələri ilə polis qüvvələri arasında qarşıdurma baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.
Məlumata görə, polis həmin ailələri dəyənəklə döyüb və onlara qarşı göz yaşardıcı qazdan istifadə edib.
Məhbuslardan birinin yaxını dəyənək zərbələri nəticəsində xəstəxanaya yerləşdirilib və hazırda vəziyyətinin ağır olduğu bildirilib.
Bizim.Media