Ermənistan Milli Təhlükəsizlik Xidməti Baş qərərgah rəisi Onik Qasparyan və keçmiş prezident Serj Sarkisyanın telefon danışığını dinləyərək, lentə alıb.
Bizim.Media “Armenia.Today” saytına istinadən məlumat verir ki, bu iddialar Ermənistanın Vatikandakı keçmiş səfiri, Serj Sarkisyanın kürəkəni Mikael Minasyana məxsusdur.
MÖVZU İLƏ BAĞLI:
Müxalifətdən Paşinyanla bağlı açıqlama: “Artıq mövcud deyil”
Minasyan özünün sosial şəbəkə hesabında paylaşdığı statusunda telefon danışığının bir neçə ay öncəyə aid olduğunu qeyd edib.
Paşinyan mitinqdə Serj Sarkisyan və Onik Qasparyanın telefon danışığı haqda bir anons verdiyini qeyd edən Munasyan, bir neçə ay öncə Ermənistan MTX Sarkisyanla Qasparyanın telefon danışığını izləyərək lentə aldığını bildirib.
“MTX rəhbəri Abazyan Nikol və Annanın şəxsi xidmətində olduğundan dərhal bu səs yazısını onlara ötürüb və bu tezliklə ictimaiyyətə açıqlanacaq”.
Bu telefon danışığında nələrin müzakirə olunduğu haqda xəbərinin olmadığını qeyd edən keçmiş səfir, MTX-ya yaxın mənbələrin danışığın son hadisələrlə heç bir əlaqəsi olmadığını bildirdiklərini qeyd edib.
Onun iddiasına görə, müharibə zamanı hərbçilər daim Serj Sarkisyanla görüşərək, onunla məsləhətləşiblər.
"Müharibə zamanı hərbiçilər hər üç keçmiş prezidenti dəvət edib, ya telefonla danışıb onlarla məsləhətləşirdilər. Biri ilə daha çox və ya digəri ilə daha az əlaqə qururdular. Çünki zəng ediləcək başqa bir yer yox idi.
Əminəm ki, Qasparyan dinləndiyini bilirdi və qəsdən açıq danışırdı. Nəticə etibarilə Sarkisyana dediklərini açıq məlumat hesab edirdi və ayrıca MTX-nin bu danışığı Paşinyana ötürməsini istəyirdi", deyə Minasyan əlavə edib.
Xatırladaq ki, dünən keçirdiyi mitinqdə Nikol Paşinyan baş verən hadisələrin arxasıdna Serj Sarkisyanın dayandığını və Baş qərargah rəisi Onik Qasparyanın məhz keçmiş prezident Serj Sarkisyanın təkidi ilə hökumətə qarşı çıxdığını bəyan edib.
Bizim.Media