İranda son sutkada 8 510 nəfər koronavirusa yoluxub, 108 nəfər vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Lari məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
İrandan 32 dövlətə qadağa – Siyahıda Azərbaycan varmı?
O bildirib ki, İranda bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 60 181, xəstəliyə yoluxanların sayı isə 1 milyon 639 min 679 nəfərə çatıb.
İranda bu günə kimi 1 milyon 399 min 934 nəfər xəstəlikdən tam sağalaraq evə buraxılıb.
İnfeksiyaya yoluxan və hazırda xüsusi rejimli xəstəxanaların intensiv terapiya şöbələrində müalicəsini davam etdirən 3 727 nəfərin vəziyyəti ağırdır.
Bizim.Media