Ermənistan prezidenti Armen Sarkisyan baş nazir Nikol Paşinyanla görüşüb.
Bizim.Media ''Sputnik Armenia''ya istinadla xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Ermənistan müxalifəti hökumət binasına soxuldu – PAŞİNYAN QAÇACAQMI - VİDEO
Qeyd olunub ki, Sarkisyanın səhhətindəki problemləri nəzərə alaraq, Paşinyan onun evinə gedib.
Məlumata görə, Sarkisyanla Paşinyan ölkədəki daxili siyasi vəziyyəti müzakirə ediblər.
Bundan əlavə, mətbuat xidməti Paşinyanın prezidentə Baş Qərargah rəisi Onik Qasparyanın istefası ilə bağlı fərman imzalamasına görə təzyiq göstərməyə çalışması barədə xəbərləri təkzib edib.
Bizim.Media