İrəvan şəhərində Ermənistan Nazirlər Kabinetinin binası yaxınlığında etiraz aksiyası keçirilir.
Bizim.Media xəbər verir ki, bu barədə görüntüləri "Sputik Armenia" nəşri yayıb.
Mənbə yazır ki, əraziyə toplaşanlar, o cümlədən müharibədə həlak olan hərbçilərin valideynləri, müxalifətin ictimai xadimləri iqtidarın Qarabağ məsələsində siyasətindən, Bakı və Ankara ilə münasibətlərin normallaşmasından narazılıqlarını bildirirlər.
Onlar hökumət rəsmilərinin, xüsusən də baş nazir və onun həyat yoldaşının fotoşəkillərinin üzərinə qırmızı boya tökərək onlara “ermənisayağı Nürnberq” (söhbət Nürnberq məhkəməsindən gedir) vəd ediblər.
Bizim.Media