Telegram kanallarında yayılan xəbərə görə, qondarma rejimin səlahiyyətli şəxsləri Ermənistan Baş naziri Nikol Paşinyanın tərəfdarlarının mitinqinə qatılmaq üçün min nəfər polis əməkdaşını İrəvana göndərib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “Sputnik Ermənistan” nəşri yayıb.
MÖVZU İLƏ BAĞLI:
Ermənistan müxalifəti hökumət binasına soxuldu – Paşinyan qaçacaqmı?
Separatçı rejimin mətbuat xidmətinin rəhbəri Lusine Avanesyan informasiyanı təkzib edib:
"Bu xəbər doğru deyil”.
Xatırladaq ki, martın 1-də İrəvanda iki mitinqin keçiriləcəyi planlaşdırılır.
Baş nazir Nikol Paşinyan tərəfdarlarını axşam saat 18: 30-da Respublika Meydanına, müxalif “Vətənin xilası” hərəkatı isə vətəndaşları saat 18: 00-da Bağramyan prospektinə çağırıb.
Bizim.Media