Rusiya-Ermənistan gərginliyi PİK HƏDDƏ – Moskva Paşinyanı devirmək planını AKTİVLƏŞDİRİR? 

Hazırda oxunan: Rusiya-Ermənistan gərginliyi PİK HƏDDƏ – Moskva Paşinyanı devirmək planını AKTİVLƏŞDİRİR? 

133928

Ermənistan aprelin 30-da BMT-nin Avropa Şurası ilə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qətnaməsinin lehinə səs verib. Hansı ki, qətnamədə Rusiyanın "Ukrayna və Gürcüstana qarşı təcavüzü” pislənilib. Ermənistandan başqa Qazaxıstan, Çin, Türkiyə daxil olmaqla bir çox dövlətlər Rusiyanı təcavüzkar adlandıran qətnamənin lehinə səs veriblər. 

Ermənistan və Qazaxıstan Rusiyanın rəhbərlik etdiyi KTMT-nin üzvləridir. Çin isə Rusiyanın geostrateji müttəfiqi hesab olunur. Maraqlıdır ki, əvvəllər BMT-nin iclaslarında Rusiya ilə bağlı məsələlərdə bitərəf və ya Moskvanın xeyrinə mövqe tutan İrəvan, Astana, Pekin bu dəfə mövqelərini 180 dərəcə dəyişiblər.
Onların, xüsusən də Ermənistanın bu addımı aydındır ki, Moskva tərəfindən heç də xoş qarşılanmayacaq. Artıq Moskva ilə İrəvan arasında bu fonda gərginlik artır. Mətbuatda yayılan xəbərlərə görə, artıq Rusiya Ermənistanın qazını və Hindistandan gələn silahların önünü kəsib.
İki ölkə arasında yaşanan bu gərginlik nə ilə nəticələnəcək?  

Bizim.Media-ya açıqlamasında politoq Amid Əliyev qeyd edib ki, İrəvanla Moskva arasında gərginlik ikincinin Paşinyan hakimiyyətinə qarşı daha kəskin addımlar atmasına rəvac verə bilər: 

“İndiki vəziyyətdə Ermənistanın bu qətnaməyə səs verməsi bir sıra məsələlərdən xəbər verə bilər. Vaşinqton görüşünün keçirildiyi bir zamanda və BMT də hazırlanan bu tip qətnamələrin sifarişçisinin ABŞ olduğunu nəzərə alsaq, prosesin haradan qaynaqlandığını söyləmək olar. 

Heç şübhəsiz ki, məsələnin kökündə Ermənistanın Qərblə əməkdaşlığı və bu platforma əsasında sülhün əldə olunması nəzərdə tutulub. Rusiyanın təcavüzkar adlandırılması haqqında qətnamənin BMT də qəbul olunması bir sıra dövlətlərin Rusiya əleyhinə yaradılmış cəbhədə birləşməsini labüd edəcək.

Eyni zamanda, bu hədəflər Rusiyanın Cənubi Qafqazdakı nüfuz və dayaqlarının itirilməsinə hədəflənib. 

Qərbin birbaşa dəstəyi ilə bu məsələdə aktivlik göstərən Ermənistanın siyasi rəhbərliyi iki əsas məsələ üçün zəmanət almaqda israrlıdır. Birincisi, Ermənistanın ərazi bütövlüyü və ikincisi isə Paşinyanın şəxsi təhlükəsizliyinin təmin olunması.

Buna cavab olaraq Rusiya ilkin olaraq Ermənistana qazın verilməsini dayandırıb. Hindistandan göndəriləcək növbəti silah yardımını əngəlləyib. Burada əsas məqsəd Ermənistana təzyiq etmək və Qərbin Ermənistana nüfuz etməsinin qarşısını almaqdır. 
Eyni zamanda Ermənistan ərazisindəki 102-ci hərbi hissə də Paşinyan hakimiyyəti üçün real təhlükədir. Çünki Ermənistanın bu sayaq addımları fonunda Rusiya ona qarşı müəyyən ciddi addımlar ata bilər. Rusiyanın İrəvanın bu hərəkətinə göz yumacağı gözlənilən deyil. Kreml İrəvanı cəzalandırmağa çalışacaq. Hətta Moskvanın Paşinyanı devirmək planına əl atması da mümkündür. Rusiya ən son məqamda buna da gedə bilər”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin