İran hökuməti 32 dövlətin vətəndaşına ölkəyə giriş qadağası qoyub.
Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, buna səbəb koronavirusun və onun yeni ştammlarının qarşısını almaq üçün qabaqlayıcı tədbirdir.
İranın Mülki Aviasiya Təşkilatının rəsmi nümayəndəsi Məhəmməd Həsən Zibakş bildirib ki, qadağa həmin 32 ölkədən birbaşa gələn və ya son 2 həftədə 4 saat müddətində dövlətlərin ərazisində olanlara tətbiq ediləcək.
MÖVZU İLƏ BAĞLI:
İran nüvə anlaşması ilə bağlı danışıqlardan imtina etdi
Məhdudiyyətlər qoyulan ölkələr bunlardır:
Böyük Britaniya, Anqola, CAR, Argentina, Boliviya, Bitsvana, Braziliya, Burundi, Kabo-Verde, Çili, Kolumbiya, Konqo Demokratik Respublikası, Ekvador, Esvatini, Qvineya, Lesoto, Qayana, Malavi, Mavritaniya, Mozambik, Namibiya, Panama, Paraqvay, Peru, Ruanda, Seyşel, Surinam, Tanzaniya, Uruqvay, Venesuela, Zambiya və Zimbabve.
Təşkilat rəsmisi onu da əlavə edib ki, İrana gələn 8 yaşdan yuxarı bütün sərnişinlərdən COVID-19 üçün mənfi test nəticəsi tələb olunacaq.
Bizim.Media