Ermənistan müxalifəti yenidən Yerevanın Baqramyan prospektinə toplaşıb. Müxalifət tərəfdarlarının Baqramyan prospektini bağladıqları bildirilir.
Bizim.Media xəbər verir ki, bu barədə "RİA Novosti” agentliyi məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Paşinyan İrəvanda mitinqə hazırlaşır - FOTO
Mitinq ölkə parlamentinin yaxınlığında baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilir. Etiraz aksiyasında bir neçə min insan iştirak edir.
Baqramyan prospektinə gələn siyasətçilər, şair və musiqiçilər də səhnədə çıxış edirlər. Əraziyə çoxlu sayda polis cəlb olunub.
Bizim.Media