“May-iyun aylarında həyat əvvəlki axarına dönəcək” - Uğur Şahindən koronavirusla bağlı nikbin proqnoz

Hazırda oxunan: “May-iyun aylarında həyat əvvəlki axarına dönəcək” - Uğur Şahindən koronavirusla bağlı nikbin proqnoz

13331

Koronavirusa qarşı ilk təsdiqlənmiş peyvəndi ixtira edən türk əsilli həkim Uğur Şahin pandemiyanın səngiyəcəyi tarixi açıqlayıb.

Bizim.Media “Sözcü”qəzetinə istinadla xəbər verir ki,  professor alman mətbuatına açıqlamasında  may-iyun aylarında dünyada həyatın  normal axarına düşəcəyini bildirib.

 

MÖVZU İLƏ BAĞLI:

“Azərbaycanda yayılan qrip koronavirusa yoluxmanı artıracaq” - İNFEKSİONİST 


“Peyvəndləmə ilə paralel may-iyun aylarında xəstəlik sayında əhəmiyyətli və qalıcı bir azalma meydana gələcək”,- deyə o qeyd edib.

U.Şahin o zamana qədər kifayət qədər insanın vaksin edilməsinin əsas meyar olduğunu söyləyib:

“Ancaq Covid-19-un nəzarət altına alınması virusun tam məhvi və yoluxmanın olmayacağı anlamına gəlmir. Bu, sadəcə normal həyata qayıda biləcəyimiz deməkdir”.

Virusun mutasiya uğramasının həyacanverici olduğunu söyləyən alim, kəşf etdiyi peyvəndin bu qədər təsir gücünə malik olacağını gözləmədiyini açıqlayıb.

O, peyvəndin iki ildən bir təkrarlanmasının lazım olduğunu vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin