Qarabağ müharibəsi zamanı Azərbaycanla sərhəddə xüsusi radar sistemləri və dinləmə stansiyaları quraşdıran İranın əldə etdiyi məlumatları Ermənistan Baş Qərargahı ilə paylaşdığı ortaya çıxıb.
Bizim.Media Türkiyənin “Haber 7” telekanlına istinadən məlumat verir ki, 27 sentyabr 2020-ci ildə Azərbaycanla Ermənistan arasında başlayan Qarabağ müharibəsində İranın Ermənistan rəhbərliyinə ciddi kəşfiyyat dəstəyi verməsi ilə bağlı faktar üzə çıxıb.
MÖVZU İLƏ BAĞLI:
İran öz davranışlarına fikir verməlidir, yoxsa... – TƏCRİD DAVAM EDİR
Məlumatlara görə, müharibənin ilk günlərindən etibarən İran tərəfi 70-80 nəfərlik xüsusi avadanlıqlarla təchiz edilmiş qrup və texnikanın Qarabağ sərhədində yerləşdirib.
Cəbrayılda yerləşən Xudaferin körpüsünə paralel xətt üzərində mövqelənən İran əsgər və texniki mütəxəssisləri PUA-lar, döyüş təyyarələri və vertolyotlarının hava hərəkətini, Azərbaycan əsgərlərinin radio frekanslarını izlədikləri məlum olub.
Kanal İrandakı mənbələrinə istinadən “Ayaz Girari”də inşa edilmiş xüsusi radar sistemlərini və dinləmə stansiyaları yerləşdirən İran əsgərlərinin bu məlumatları Ermənistan Baş Qərargahı ilə paylaşdığını bildirib.
İranlı mənbə sərhəd xəttində inşa edilmiş bazaya uzun müddət heç bir mülki şəxsin buraxılmadığı qeyd edərək, “Bu yer tamamilə Türk kənd və qəsəbələrindən ibarətdir. Bu səbəbdən İran əsgərləri fövqəladə təhlükəsizlik tədbirləri ilə baza ərazisini qoruyurdular”, deyə qeyd edib.
Kanala açıqlamasında Azərbaycandakı təlimlərədə iştirak etmiş yüksək rütbəli Türkiyə hərbiçisi İranın müharibə zamanı bəzi xüsusi məlumatlar əldə etməyə çalışdığını qeyd edib.
Hərbiçi, İran kəşfiyyatının Azərbaycanın PUA-ları, döyüş təyyarələri və helikopterlərinin yerləşmələri, əməliyyat strategiyaları və taktikaları haqqında məlumat əldə etmək üçün fərqli üsullar tətbiq etdiyini söyləyib.
Bizim.Media