İranda ayətullah QƏTLƏ YETİRİLDİ 

Hazırda oxunan: İranda ayətullah QƏTLƏ YETİRİLDİ 

132861

İran Dini Ekspertlər Şurasının üzvü ayətullah Abbas Əli Süleymani Babolsar şəhərində silahlı hücum zamanı öldürülüb. 

Bizim.Media “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu barədə Mazandaran əyaləti siyasi təhlükəsizlik üzrə idarə rəisinin müavini Ruhulla Selaqi məlumat verib. 

Onun sözlərinə görə, aprelin 26-da səhər saatlarında ayətullah Süleymaniyə silahlı hücum olub.

O, Sistan-Bəlucistan əyalətini Dini Ekspertlər Şurasında təmsil edirdi. Abbas Əli Süleymani əvvəllər İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneinin Sistan-Bəlucistan üzrə nümayəndəsi olub. 

Məlumata görə, hadisə Mazandaran əyalətinin Babolsar şəhərinin Şəhrəbanu meydanı ərazisində baş verib. 

Hadisə ilə bağlı araşdırma aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin