Azərbaycan Rusiya sülhməramlı kontingentinin müvəqqəti məsuliyyət zonasında olan Laçın yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsi yaradıb.
Bizim.Media xəbər verir ki, bu fikirləri ermənilərə məxsus Telegram kanalları yazıb.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurdu
Mənbə qeyd edir ki, Qarabağa gedən qaz, internet və işıq Azərbaycanın nəzarətinə keçib. Yalnız su təchizatı qalıb.
Ermənilər iddia edirlər ki, Sərsəng su anbarı Azərbaycan Silahlı Qüvvələrinin növbəti hədəfidir:
“Onun ələ keçirilməsi Bakıya “Arsax”ın (Qarabağdakı qondarma rejim) su təchizatı üzərində nəzarəti təmin edəcək. Ondan sonra isə ermənilər Qarabağdan çıxıb gedəcək”.
Bizim.Media