Azərbaycan Ermənistanla şərti sərhəddə Həkəri çayı üzərindəki körpünü bağlayıb? - İDDİA

Hazırda oxunan: Azərbaycan Ermənistanla şərti sərhəddə Həkəri çayı üzərindəki körpünü bağlayıb? - İDDİA

132310

Xəbər verdiyimiz kimi, Ermənistan əvvəlcədən razılaşdırılmadan, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatı birtərəfli qaydada pozaraq Azərbaycan ilə sərhəddə dünən gecədən başlayaraq Laçın-Xankəndi yolunun girişində sərhəd nəzarət-buraxılış məntəqəsi quraşdırır. Bu informasiyanı Azərbaycan Müdafiə Nazirliyi yayıb.

Bizim.Media Ermənistanın Telegram kanallarına istinadən xəbər verir ki, ermənilərin təxribatına cavab olaraq Azərbaycan Ermənistanla şərti sərhəddə, yeni Gorus-Xankəndi yolunda Həkəri çayı üzərindəki körpünü bağlayıb. Məhz bu marşrutla dünən rus sülhməramlıları ermənilərin hərbi karvanını müşayiət edib.

Ancaq məlumat rəsmi Bakı tərəfindən təsdiq edilməyib.

Xankəndidə müvəqqəti yaşayan ermənilər isə mövzu ilə bağlı yenə əl-ayağa düşüblər. Belə ki, qondarma rejimin “rəhbəri” Arayik Arutyunyan Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin