Sosial şəbəkədə Ermənistan parlamentində baş verən insidentlə bağlı yeni görüntülər yayılıb.
Bizim.Media xəbər verir ki, ötən gün Ermənistan parlamentində müxalifətçi deputatlarla təhlükəsizlik xidmətinin əməkdaşları arasında gərgin anlar yaşanıb.
Erməni deputat Taqui Tovmasyan siyasi aksiya keçirdiyini və tribunadan çıxmaq fikrində olmadığını bildirib. Bundan sonra mühafizə xidmətinin işçiləri onu tribunadan uzaqlaşdırmaq və müxalifətçi deputatları parlament zalından çıxarmaq üçün ora daxil olublar.
Bundan sonra deputatlarla mühafizəçilər arasında dava baş verib.
Bizim.Media