Bütün ermənilərin katolikosu Paşinyanı İSTEFAYA ÇAĞIRDI

Hazırda oxunan: Bütün ermənilərin katolikosu Paşinyanı İSTEFAYA ÇAĞIRDI

131940

Bütün ermənilərin katolikosu II Qaregin Ermənistanın baş naziri Nikol Paşinyanı istefaya çağırıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya ermənilərə məxsus Telegram kanallarında yer alıb.

Mənbə yazır ki, II Qaregin jurnalistlərə açıqlamasında bunu mövcud vəziyyətdən çıxış yolu ilə əlaqələndirib.

Qeyd edək ki, hazırda Ermənistanda təhlükəli vəziyyət yaranıb. Parlamentdə deputatlar arasında qarşıdrma baş verib. Müxalifətin fikrincə, iqtidar tərəfindən Qarabağla bağlı yanlış və qəbuledilməz bəyanatlar verilir.

II Qaregin  qeyd edib ki, cəmiyyətdəki parçalanmanı, dözümsüzlüyü aradan qaldırmaq lazımdır.

O, Paşinyanın "Qarabağ Azərbaycanın tərkibində olmalıdır" bəyanatını yersiz hesab edib və vurğulayıb ki, bu, məsələnin həllinə müsbət təsir göstərməyəcək.

II Qaregin iddia edir ki, hakimiyyət Qarabağın Azərbaycanın tərkibində olacağı ilə bağlı qərar verərsə, erməni xalqı buna dözməyəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin