Güney Azərbaycanın Urmiya və Həmədan şəhərlərində qızlar məktəbinə kimyəvi maddə ilə hücum olub.
Bizim.Media xəbər verir ki, bu barədə “İran İnternational” məlumat yayıb.
Bildirilib ki, İranın müxtəlif şəhərlərində qızların təhsil aldıqları 7 məktəbə Tehran hakimiyyətinin kimyəvi maddə ilə hücumu nəticəsində çoxlu sayda məktəbli zəhərlənib.
Belə ki, Güney Azərbaycanın Urmiya şəhərinin 12-ci rayonunda qızların “Nəsim”, “Nasiri” və “Abuzər” məktəbləri Tehran hakimiyyətinin kimyəvi hücumuna məruz qalıb. Bundan başqa, İranın paytaxtı Tehran, İslamşəhr, Güney Azərbaycanın Həmədan şəhərindəki qızlar məktəblərinə də kimyəvi hücum olub.
Məlumata görə, zəhərlənməyə etiraz edənlərin valideynləri və yaxınlarına qarşı hərbi-polis qüvvələri gözyaşardıcı qaz tətbiq edib.
- A-
- A
- A+
Region
16:00 / 20.04.2023
Urmiya və Həmədandaki qızlar məktəbinə kimyəvi HÜCUM - VİDEO
Hazırda oxunan: Urmiya və Həmədandaki qızlar məktəbinə kimyəvi HÜCUM - VİDEO
Hazırda oxunan: Urmiya və Həmədandaki qızlar məktəbinə kimyəvi HÜCUM - VİDEO
131903
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.