Baş nazir Nikol Paşinyan erməni jurnalistinin “Sizin "Ermənistan Azərbaycanın ərazisi bütövlüyünü Azərbaycan SSR ərazisi daxilində tanıyır" bəyanatınız Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınması deməkdirmi?” sualını cavablandırarkən deyib ki, “Ermənistan Madrid prinsiplərinə əsasən Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb.
Bizim.Media xatırladır ki, bundan əvvəl də Paşinyan Ermənistanın Alma-Ata bəyannaməsinə uyğun olaraq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdığını bildirmişdi.
Əslinə qalanda Paşinyanın hansı sənədlərə istinad etməsinin heç bir fərqi yoxdur. Əsas odur ki, Ermənistan istənilən halda Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb.
Amma reallıqda hər şey bir az fərqlidir. Paşinyanın bütün bu açıqlamaları adi fiksiyadır.
Ermənistanın baş naziri ümumiyyətlə siyasətçi hesab edilmir, sıradan bir boşboğazdır. Və bütün bu açıqlamalar onun üçün heç bir əhəmiyyət kəsb etmir. Odur ki, dediklərinə ciddi fikir verməyin lüzumu yoxdur.
Paşinyan ağlına gələn hər şeyi danışa bilər. Reallıq isə budur ki, Ermənistan indi bir-birinin ardınca təxribat törədir, faktiki olaraq vəziyyəti gərginləşdirir.
Bizim.Media