Paşinyan dövlətə xəyanət faktları ilə bağlı dindirildi

Hazırda oxunan: Paşinyan dövlətə xəyanət faktları ilə bağlı dindirildi

131490

Ermənistanın Baş naziri Nikol Paşinyan dövlətə xəyanət faktları ilə bağlı dindirilib.

Bizim.Media xəbər verir ki, bu barədə o, parlamentdə hökumətin 2022-ci il üçün proqramının icrası ilə bağlı hesabatın müzakirəsi zamanı çıxışında bildirib.

“Bəli, məni hərtərəfli şəkildə dindiriblər və nə qədər lazımdırsa, məni  o qədər dindirəcəklər", - Paşinyan təsdiqləyib.

O, həmçinin müxalifət deputatlarını 44 günlük müharibənin şəraitini araşdırmaq üçün komissiyanın iclaslarında iştirak etməyə çağırıb:

“Sizə müraciət edirəm: gəlin məni komissiyada dindirin”, - Paşinyan qeyd edib.

Xatırladaq ki, Paşinyan bir müddət öncə bildirmişdi ki, istintaq orqanı tərəfindən 53 nəfər dövlətə xəyanətdə ittiham olunur və onların əksəriyyəti hərbçilərdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin