Qərbin İranla bağlı SENSASİON PLANI – Pəhləvilər hakimiyyətə qayıdır? 

Hazırda oxunan: Qərbin İranla bağlı SENSASİON PLANI – Pəhləvilər hakimiyyətə qayıdır? 

131427

İranın sonucu şahının oğlu Rza Pəhləvi aprelin 17-də İsrailə gəlib. 

Rza Pəhləvi səfəri ilə bağlı verdiyi açıqlamada bildirib ki, İran xalqı bizim irsimizə hörmət, insan haqlarına riayət edəcək, İsraillə dost münasibətlərində olacaq hökumətə layiqdir. Onun İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşdüyü də bildirilir. 

Bundan bir müddət əvvəl isə Rza Pəhləvi Avropa ölkələrində səfərdə olub. Hiss olunur ki, Qərb İranın molla rejiminə qarşı mübarizədə şah nəslinin nümayəndəsinə “stavka” edir. Bu əsasda da Qərbin İranda Pəhləvi sülaləsini yenidən hakimiyyətə qaytarmaq planının aktivləşdiyini görmək olar. 
Bizim.Media-ya açıqlama verən politoloq Tural İsmayılovun fikrincə, artıq siyasi proseslərdə Rza Pəhləvinin daha fəal şəkildə iştirakının şahidi olacağıq: 
 

MÖVZU İLƏ BAĞLI:

Rza Pəhləvi İsrailə gedib - FOTO


“Bu görüş Qərbin İranda Pəhləvi sülaləsini yenidən hakimiyyətə gətirmək niyyətinin ciddi olduğuna işarədir. Hazırda İranda alternativ düşüncələrə qarşı repressiyalar həyata keçirilir.

Tehran rejimi əleyhinə olan bütün siyasi institut və fikirlərin sıradan çıxarılması, represiya və təqiblərə məruz qalması nəticəsində İranda müxalifəti təmsil edəcək qüvvələrin sayı azalıb. Ona görə də Qərbdəki son tədbirlərdə tez-tez şah nəslinin münayəndəsinin də iştirakının şahidi oluruq. 

Pəhləvinin İsrailə dəvət edilməsi də Təl-Əvivin onu İrandakı hazırkı rejiminə qarşı alternativ qüvvə olaraq qəbul etdiyini deməyə əsas verir. Pəhləvinin İsraildən verdiyi mesajlar İranda dəyişiklik olacağı təqdirdə, Təl-Əviv Tehran münasibətlərinin tamamilə yaxşılaşacağını söyləməyə imkan yaradır. 

Bugünkü İran İsraillə süni düşmənçilik yaradaraq, xalq üzərində hakimiyyətini uzatmağa çalışır. O, baxımdan bundan sonra siyasi proseslərdə Rza Pəhləvini daha fəal şəkildə görəcəyik.

Qərbin İranın molla rejiminə qarşı münarizədə alternativ qüvvələrin öncül siması kimi məhz Pəhləviyə “stavka” etdiyi açıq şəkildə görünür. Hesab edirəm ki, bundan sonra İrandakı proseslərin birbaşa yolla idarəçisi də ola bilsin Rza Pəhləvinin özü olsun”.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin