Azərbaycandan üzr istəyən erməni deputat sosial şəbəkədə TƏHQİR OLUNDU

Hazırda oxunan: Azərbaycandan üzr istəyən erməni deputat sosial şəbəkədə TƏHQİR OLUNDU

131247

Ötən həftə İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatı zamanı Azərbaycan bayrağına qarşı törədilən vandalizm aktına görə üzr istəyən erməni deputat Ovik Ağazaryan sosial şəbəkələrdə total hücuma məruz qalıb.

Bizim.Media xəbər verir ki, parlamentari kütləvi şəkildə təhqir olunub.

Ağazaryan da öz növbəsində sosial şəbəkələrdəki “fikir mübadiləsinə” görə borclu qalmayıb.

İnternetdə yazışmaların qalmaqallı skrinşotları yerləşdirilib. Eyni zamanda, o, istifadəçilərin ünvanına nalayiq ifadələr işlətdiyini inkar edib, hesabının (akkuant) sındırıldığını bildirib.

Xatırladaq ki, Avropa çempionatının açılış mərasimində Ermənistan İctimai Televiziyasının əməkdaşı Aram Nikolyan Azərbaycan bayrağını yandırıb. Hadisədən sonra onu saxlayıblar, hətta xuliqanlıqda da ittiham ediblər, lakin iki saatdan sonra sərbəst buraxılıb. Bu vandalizm aktına etiraz olaraq Azərbaycan komandası yarışda iştirakını dayandıraraq İrəvanı tərk edib.

Azərbaycan bayrağının yandırılması ilə bağlı insident Ermənistanda müxtəlif reaksiyalara səbəb olub. Radikal millətçilər, daşnaklar və müxalifət tərəfdarları Nikolyanın əməlini “qəhrəmanlıq”, digərləri isə bu hadisəni çarəsizlik aktı və Ermənistanın beynəlxalq imicinə və maraqlarına ciddi zərbə kimi qiymətləndiriblər.

Qeyd edək ki, Avropa çempionatının təşkilatçıları və Ermənistan hakimiyyəti  bayrağın yandırılmasını pisləməkdən imtina ediblər.  İstənilən sivil ölkənin vətəndaşı üçün belə təbii addım atmağa yalnız deputat Ovik Ağazaryanın cəsarəti çatıb.
“Mən bütün beynəlxalq sivil ictimaiyyətdən ona görə üzr istəyirəm ki, bir vətəndaş və parlamentari kimi vəhşi və adamyeyən tayfaların təzahürlərini xalqımın beynindən tamamilə aradan qaldırmaq üçün mümkün olan hər şeyi etməmişəm. Mən utanıram”, - deyə deputat bildirib.

Sensasiyalı təhqir mübadiləsinə münasibət bildirən Ağazaryan yazışmalarla heç bir əlaqəsinin olmadığını bildirib və etiraf edib ki, onun Facebook hesabı sındırılıb.

O, həftə sonu ümumiyyətlə sosial şəbəkələrə girmədiyini də deyib. Bu barədə ona dostları danışıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin