İrəvan ancaq öz ərazisi haqda düşünür - Qarabağdan imtina edib

Hazırda oxunan: İrəvan ancaq öz ərazisi haqda düşünür - Qarabağdan imtina edib

131219

Ermənistan üçün Azərbaycanla gələcək sülh müqaviləsinin imzalanması çərçivəsində öz ərazisinin (29,8 min kvadrat kilometr) təhlükəsizliyini təmin etmək daha vacibdir. 

Bizim.Media "Sputnik Armenia" nəşrinə istinadən xəbər verir ki, bu barədə parlamentin növbədənkənar iclasında müzakirəyə çıxarılan 2022-ci il üçün hökumət proqramının icrası layihəsində deyilir.

"Ermənistan üçün zəmanətli təhlükəsizlik mexanizmlərinin yaradılması və Qarabağ ermənilərinin hüquqlarının qorunması vacib şərtdir. Ermənistan-Azərbaycan müqaviləsində hökumət üçün əsas məsələ 29,8 min kvadrat kilometr ərazinin təhlükəsizlik təminatlarının formalaşdırılmasıdır", - layihədə deyilir.

Ermənistan üçün məqbul yanaşma ondan ibarətdir ki, Ermənistanla Azərbaycan arasında sazişin imzalanması zamanı Qarabağ münaqişəsinin həlli prosesi bu danışıqlardan ayrılmalıdır.

Müqavilə üzərində işin bir hissəsi artıq üç mərhələdən keçib. Bu mərhələdə Ermənistan və Azərbaycan öz təkliflərini mübadilə ediblər. Sonuncu dəfə İrəvan öz təkliflərini 2023-cü il fevralın 14-də göndərib.

2022-ci ildə 31 Ermənistan vətəndaşı əsirlikdən geri qaytarılıb. Bakıda daha 33 Ermənistan vətəndaşı saxlanılır.
Ermənistanın 975 vətəndaşı itkin düşmüş hesab olunur. Onların 777-si Birinci Qarabağ müharibəsinə, 196-sı 44 günlük müharibəyə, 2-si 2022-ci il sentyabr döyüşlərinə aiddir.
İrəvan Bakıya itkin düşmüş hesab edilən 35 azərbaycanlının cəsədini və 3 mina xəritəsini qaytarıb.

BQXK-nın məlumatına görə, Ermənistanın 309 vətəndaşı 2020, 2021 və 2022-ci illərdə keçirilən hərbi əməliyyatlar nəticəsində itkin düşüb.

Qeyd edək ki, Ermənistan 29,8 min kvadrat kilometr ərazi deməklə Sovet dövründən qalan əraziləri nəzərdə tutur. Bunları deməklə rəsmi İrəvan Qarabağdan imtina etdiyini qanunverici orqanda açıq şəkildə bəyan edir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin