Rusiyadakı erməni icmasından generallara dəstək

Hazırda oxunan: Rusiyadakı erməni icmasından generallara dəstək

13119

Bizim.Media Ermənistan mətbuatına istinadən məlumat verir ki, ölkə daxilində siyasi gərginliyin get-gedə gücləndiyi bir vaxtda Rusiyadakı erməni icması Ermənistan ordusuna dəstəyini ifadə edən bəyanat yayımlayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan Putinlə nə danışıb? – İki fərqli açıqlama


“Biz Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının Paşinyanın istefası ilə bağlı ədalətli tələbini dəstəkləyirik. Ermənistanın müharibədə məğlub olmasında, minlərlə insanın və Qarabağın böyük bir hissəsinin itirilməsində günahkar olan Paşinyan və komandasının hakimiyyətdə olması milli təhqirdir və daha böyük itkilərə, əzaba və ümidsizliyə gətirib çıxarıb”, bəyanatda deyilir.

Rusiya Ermənilər Birliyinin mövqeyinin yer aldığı bəyanatda əsas tələblərin dəyişməz qaldığı vurğulanıb. Paşinyan və bütün komandası istefaya getməlidir.

“Onlar hakimiyyətdə qaldıqları hər əlavə dəqiqə Ermənistan dövlətçiliyinə və bütün erməni xalqına düzəlməz ziyan vururlar” deyə icma nümayəndələri qeyd ediblər.

Xatırladaq ki, son həftələrdə Paşinyanla Rusiyadakı erməni icması arasında ciddi gərginlik yaşanırdı.

İcmanın Ermənistan müxalifətinə ciddi maliyyə yardımları etdiyi və Paşinyan əleyhinə fəaliyyətləri dəstəklədiyi qeyd olunurdu.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin