Avropa İttifaqı da Ermənistanla bağlı bəyanat verdi - “Silahlı qüvvələr siyasətdə neytral olmalıdır

Hazırda oxunan: Avropa İttifaqı da Ermənistanla bağlı bəyanat verdi - “Silahlı qüvvələr siyasətdə neytral olmalıdır

13082

Avropa İttifaqı (Aİ) Ermənistandakı hadisələri çox yaxından izləyir.

Bizim.Media xəbər verir ki, bu barədə Aİ-nin yaydığı bəyanatda qeyd olunub.

Qurum Ermənistan ordusunu konstitusiya ilə müəyyən edilən səlahiyyətləri çərçivəsində davranmağa çağırıb:

“Biz bütün tərəfləri sakitləşməyə və vəziyyəti daha da gərginləşdirəcək ritorika və ya hərəkətlərdən çəkinməyə çağırırıq.

Siyasi müxtəlifliklər parlamentar demokratiya proseslərinə və prinsiplərinə möhkəm şəkildə sadiq qalmaqla həll edilməlidir.

Ermənistan konstitusiyasına uyğun olaraq, silahlı qüvvələr siyasi məsələlərdə neytrallığı qorumalıdır”.

Bəyanatda bildirilib ki, demokratik və konstitusion qaydaları gözləmək Ermənistanın üzləşdiyi çağırışların öhdəsindən gəlməsi üçün yeganə yoldur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin