İran öz davranışlarına fikir verməlidir, yoxsa... – TƏCRİD DAVAM EDİR

Hazırda oxunan: İran öz davranışlarına fikir verməlidir, yoxsa... – TƏCRİD DAVAM EDİR

13044

“Ötən həftə Beynəlxalq Atom Enerjisi Təşkilatı İranın artıq 20 faiz zənginləşdirilmiş 17,2 kiloqram həcmində urana sahib olduğu haqqında məlumat yayıb".

"Həmçinin İran  ötən il noyabrda sahib olduğu 2442 kiloqramlıq zənginləşdirilmiş uran ehtiyatını 2968 kiloqrama qədər artırıb".

"Beynəlxalq Atom Enerjisi Təşkilatı İranın açıqlamadığı nüvə materiallarının ola biləcəyini də ehtimal edir”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında politoloq Yeganə Hacıyeva deyib. O, bildirib ki, İranın reformator prezidenti Həsən Ruhani Qərblə münasibətdə kiçik də olsa açılım etdi və 2015 ci ABŞ, Avropa Birliyi və İran nüvə danışıqları razılaşmanın qarşılıqlı əməl olunması nəticəsində İrana tətbiq olunan sanksiyalar aradan qaldırılması ilə yekun müqavilə imzalanması ilə nəticələnib. Lakin bu uzun sürməyib.

 

MÖVZU İLƏ BAĞLI:

Vendi Morton Bakıya niyə gəlib? – Politoloq açıqladı 


“2017 ci ildə ABŞ İran Nüvə razılaşmasından tək tərəfli qaydada imtina etdi. Mən ABŞ-İran münasibətlərinin Tramp administrasiyası zamanında olduğundan daha loyal bir şəkil alacağını düşünürəm. Ümumiyyətlə, bu ölkələr arasında münasibətlər həmişə ABŞ-ın demokrat prezidentlərinin idarəçiliyi zamanı yumşalır".

"Buna görə də düşünürəm ki, ABŞ-la İranın irəlidəki 4 ildə münasibətləri nüvə sənayesi mövzusunda əldə edilmiş ümumi razılıqlarla müşayiət olunacaq. Eyni zamanda İrana qarşı

"ABŞ sanksiyalarınında  yumşalacağı gözləniləndir”.

Politoloq İranın enerji sektoruna tətbiq olunan sanksiyaların təkcə İrana deyil, ümümilikdə dünyada enerji ixracatçısı olan ölkələrin mövqeyinə də mənfi təsir göstərdiyini də vurğulayıb. 

“Bu sanksiyaların siyasi-iqtisadi təsirinin müsbət və mənfi nüansları, bir sözlə dünyanın ABŞ-İran arasında qarşıdurmadan qazana və itirə biləcəyi məqamlar var. İran bir neçə əsrdir özü ilə yanaşı, ətrafında olan ölkələrdə şiəliyi inkşaf etdirməklə öz sərhədlərini başqa xalqların hesabına qoruyur. Burda bir haşiyə çıxım ki, İran  sanksiyaların səbəblərini öz davranışlarında axtarmalıdır".

"Qonşu dövlətlər haqqında radikal və fatal çağırışlar edən bir dövlətin təklənməsi, sadəcə, vaxt məsələsidir".

"Son iki ildə  İranın öz təhlükəsizliyinin təmin etməsi istiqamətində atacağı addımlar haqqında verdiyi mesajlar analitiklərdə onun özünütəcrid siyasətinə üstünlük verməsi qənaətini artırıb”.

 

Qeyd edək ki, İran nüvə enerjisinin istehsalı üçün ilk addımlarını 1967-ci ildən atmağa başlayıb. Şah rejiminin devrilməsindən sonra isə yeni hökumət bu istiqamətdə işlərini dondurub və AES-lərin tikintisindən imtina edib.


Ölkədə 1992-ci ildən başlayaraq isə nüvə sənayesinin inkişafına start verilib. Həmin il Rusiya və İran nüvə enerjisinin dinc məqsədlər üçün istifadəsi haqqında razılaşma əldə edilib. Bu razılaşma çərçivəsində 1995-ci ildə Buşerdə Atom Elektrik Stansiyasının ilk blokunun tikintisi yekunlaşdırır və ölkənin cənub-qərb vilayəti Huzistanda ikinci atom elektrik stansiyasının tikintisinə başlayır. 

2000-ci ildən sonra isə İran nüvə sənayesinin aktiv inkişafına start verib və 3 vilayətdə - Natanzda, Arakda və Fardoda uranın zənginləşdirilməsi üçün obyektlərin inşasına başlayıb. 

ABŞ-ın İrana sanksiyaları ilk dəfə 1979-cu ildə tətbiq etməyə başlayıb, amma 1995-ci ildən bir tərəfli qaydada iqtisadi sanksiyaları tətbiq edir.

Vüsalə Balayeva, Bizim. Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin