Erməni hərbçilərinə NÖVBƏTİ ZƏRBƏ

Hazırda oxunan: Erməni hərbçilərinə NÖVBƏTİ ZƏRBƏ

130370

Ermənistanda hərbi qulluqçulara xidməti vəzifələrini yerinə yetirərkən smartfonlardan istifadə qadağan ediləcək.

Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə aprelin 12-də Ermənistan parlamentinin iclasında müdafiə nazirinin müavini Arman Sərkisyan bəyan edib.

Qeyd edək ki, həmin iclasda Ermənistan silahlı qüvvələrinin İntizam Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi müzakirə olunub.

Arman Sərkisyanın sözlərinə görə, hərbçilərin uniformada ictimai mitinqlərdə və digər oxşar tədbirlərdə iştirakına qadağa qoyulacaq. Hərbi qulluqçulara həm fərdi, həm də kollektiv formatda hərbi sahə ilə bağlı, o cümlədən siyasi problemlərlə əlaqədar çıxış etmək və ya bəyanatlar vermək yasağı gətirilir.
Bundan əlavə, hərbçilərin yuxarı rəhbərliyin yazılı icazəsi olmadan xidmətlə bağlı məlumatları xəbər vermək və müzakirə etmək, KİV-də, eləcə də internetdə video və fotolar dərc etmək hüququ olmayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin