“Ermənistan” bloku fraksiyasının deputatları Sünikə (Zəngəzur) yola düşüblər.
Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə fraksiyadan olan deputat Aqnessa Xamoyan yerli mediaya açıqlamasında məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
Ermənistandan növbəti təxribat - Şəhid və yaralımız var
Qeyd edək ki, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub.
Daha sonra qarşı tərəf minaatan və iriçaplı silahlardan da istifadə etməklə mövqelərimizi atəşə tutmaqda davam edib.
Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınıb, atəş mövqeləri susdurulub. Azərbaycan Ordusunun 3 hərbi qulluqçusu erməni təxribatının qarşısını alan zaman şəhid olub.
Ermənistan müdafiə nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun həyata keçirdiyi cavab tədbirləri nəticəsində 4 erməni hərbçisi ölüb, 6 nəfər yaralanıb.
Yaralılar arasında Ermənistan ordusunun xüsusi təyinatlı korpusunun komandiri Armen Gözəlyan da var.
Bizim.Media