“Türkiyə hər zaman Xocalı acısını ürəyində hiss edir” - Mustafa Şəntop - VİDEO

Hazırda oxunan: “Türkiyə hər zaman Xocalı acısını ürəyində hiss edir” - Mustafa Şəntop - VİDEO

13006

Türkiyə parlamentinin sədri Mustafa Şəntop Xocalı qətliamının 29-cu ildönümündə TBMM-də təşkil olunan sərginin açılışında çıxış edib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “Haber Global” telekanalı yayıb.
Şəntop qeyd edib ki, bu vəhşiliyi fotoşəkillərlə görmək və eşitmək istəməyənlərin qulaqlarına qışqırmağı davam edəcəyik.

 

MÖVZU İLƏ BAĞLI:

Türkiyə parlamentində Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı tədbir keçirilir - VİDEO


"Bəşəriyyət tarixinin ən qəddar qırğınlarından biri Xocalıda baş verdi. Bu il qardaşlarımızı xatırlamaq üçün bir araya gəldik. Bu vəhşiliyi heç kimin unutmasına icazə vermərik.

Qırğından məsul olanlar gec-tez ədalət qarşısında cavab verəcəklər. İnsanların əksəriyyəti yandırılıb, gözləri çıxarılıb, bədən əzaları kəsilib.

Vəhşilikdən sonra Xocalıya gələn bir fransız jurnalist "Xocalı qətliamının şahidi olduq, cəsədlər arasında qadınlar, yaşlı insanlar, uşaqlar və şəhərin müdafiəçiləri var idi. Alman nasistlərin vəhşiliyini oxudum, amma ermənilər onları üstələdilər” sözlərini yazıb.

Ermənilər hələ də dünya ictimai rəyinə baxmayaraq bu soyqırımı qəbul etmirlər. Bütün dünyanın gözləri qarşısında bu vəhşilik baş versə də beynəlxalq ictimaiyyət tərəfindən göz ardı edilir.

Türkiyə hər zaman bu acını ürəyində hiss edir” deyə o, qeyd edib.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin