Rusiyalı deputat erməniləri “oğru” adlandırdı – PƏRDƏARXASI SƏBƏBLƏR - FOTO

Hazırda oxunan: Rusiyalı deputat erməniləri “oğru” adlandırdı – PƏRDƏARXASI SƏBƏBLƏR - FOTO

13005

Bizim.Media məlumat verir ki, ermənilərin mədəni vandalizminin hədəfində bu dəfə də ruslar yer alır.

“Sputnik Armenia” saytı dərc etdiyi analitik məqalədə son günlərdə Azərbaycanda səfərdə olmuş “Rodina” partiyasının rəhbəri, Rusiya Dumasının deputatı Aleksandr Juravlyovun Qarabağdakı kilsələrlə bağlı açıqlamasın tənqid edib.

Rusiyalı deputatın bu barədəki açıqlamalarını “gözlənilməz” adlandıran sayt, ermənilərin “oğurluqda” itiham olunmasını təəssüflə qarşılandığını bildirib.

Qeyd edək ki, Qarabağ səfərindən sonra Bakıya dönən rus deputat öz facebook səhifəsində ermənilər tərəfindən Şuşadakı pravoslav kilsəsinin özününkiləşdirmə fəaliyyətlərini tənqid edib.

O, bu hərəkətlər barəsində "Rus kilsəsinin işğalı, mənəvi dəyərlərə hücumlar, ən aciz rusofobiyanın uğursuz təzahürüdür. Azərbaycanın əraziləri azad etmək səyləri (...) hər cür hörmətə layiqdir!”, deyə şərh verib.

 

MÖVZU İLƏ BAĞLI:

Rusiyalı deputat: “Fransa səmimidirsə Krımın Rusiyanın ərazisi olmasını da tanısın”


Juravlyovun Şuşada yerləşən Müqəddəs İohanın adını daşıyan kiçik Rus kilsəsindən bəhs etdiyi məlum olub. Belə ki, 1992-ci ildə şəhər işğal olunduqdan sonra Ermənistan digər dini məbədlər kimi, bu kilsəni də erməniləşdirərək öz mədəni nümunəsi olduğunu elan edib.

Rus millət vəkili də öz paylaşımında kilsənin Şuşa şəhərini işğalından əvvəl və sonrakı vəziyyətini, erməniləşdirmək məqsədi ilə məbəddə edilən bütün dəyişiklikləri göstərən fotoşəkillərə yer verib.


Köhnə fotoşəkildə bu kilsənin XIX əsrdən etibarən şəhərin ermənilər tərəfindən işğalına qədər necə göründüyü əks olunub.

 

Deputatın sözlərinə görə, Rus Pravoslav memarlığının aydın görünən elementləri - günbəz və zəng qülləsi, erməni memarlıq ənənələrinə ziddir. Növbəti fotoşəkil isə kilsənin bu gün necə göründüyünü göstərir.


XIX əsrin qübbəsi möcüzəvi şəkildə yox olub və yerində tipik bir erməni konusu möcüzəvi şəkildə ortaya çıxıb. Əlbətdə ki, ermənilər bütün bu hərəkətləri məqsədli şəkildə ediblər. Onlar Qarabağın işğalının əbədi olacağına inandılar və onların fikrincə, heç kim bu cinayət barədə heç vaxt bilməyəcəkdi.

Juravlyov sərgilədiyi bu fotoşəkillər vasitəsilə erməniləri əslində Şuşa şəhərində Müqəddəs İohan kilsəsinin oğurlamaqda və onu dəyişdirərərək “Xanaç jam” adlandırmaqda ittiham edib.

Yazının sonunda rus deputat azərbaycanlı tarixçi Rizvan Hüseynovun bu məsələ ilə bağlı məqaləsinə də keçid verib.

Rəvan Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin