Paşinyan Tiran Xaçatryanı iti qovan kimi qovdu

Hazırda oxunan: Paşinyan Tiran Xaçatryanı iti qovan kimi qovdu

12982

Ermənistan prezidenti Armen Sarkisyan Baş nazir Nikol Paşinyanın təklifi ilə Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavini, general-leytenant Tiran Xaçatryanı istefaya göndərib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı TASS agentliyi yayıb.

 

MÖVZU İLƏ BAĞLI:

“Biz “İsgəndər” raketlərini atdıq, niyə partlamadı?” – Paşinyandan Sarksiyana SUAL


Mənbə yazır ki, bundan əvvəl o, Nazirlər Kabineti rəhbərinin “İskəndər” taktiki raket sistemlərinin iddia edilən təsirsizliyi ilə bağlı açıqlamasını şübhə altına alıb.

Dağlıq Qarabağdakı döyüş əməliyyatları zamanı Ermənistanın Milli Qəhrəmanı adına layiq görülən Xaçatryan ölkənin informasiya portallarından birinə verdiyi müsahibədə Paşinyanın “İskəndər”lə bağlı sözlərini "qeyri-ciddi" adlandırıb.


Çərşənbə axşamı Baş nazir yerli 1in.am portalına açıqlamasında keçmiş prezident Serj Sarkisyanın Qarabağdakı hərbi əməliyyatların ilk günlərində Ermənistan tərəfinin “İskəndər” raketlərindən istifadə etməli olduğu barədə açıqlamasına münasibət bildirib.

Xüsusilə, o, Sarkisyandan “Niyə atılan “İskəndər” raketlərinin yalnız 10% partlayıb?" sualına cavab istəyib.

Jurnalist isə Paşinyanda belə hadisənin baş verib-vermədiyini soruşub. Ermənistanın Baş naziri "Bilmirəm" sözləri ilə kifayətlənib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin