İranda Qarabağla bağlı konfras keçiriləcək - Xameneinin çıxışı müzakirə olunacaq

Hazırda oxunan: İranda Qarabağla bağlı konfras keçiriləcək - Xameneinin çıxışı müzakirə olunacaq

12936

İranın Qum şəhərində mayın 21-də “Beynəlxalq 17 rəbiüləvvəl Qarabağ konfransı” keçiriləcək.

Bizim.Media “Mehr” agentliyinə istinadla xəbər verir ki, konfransın təşkilatçısı İran Elmi Hövzləri İdarəetmə Mərkəzidir.

Məlumata görə, tədbirdə İranın ali rəhbəri ayətullah Seyid Əli Xameneinin 2020-ci il noyabrın 3-də Dağlıq Qarabağla bağlı çıxışı müzakirə olunacaq.

İran, Azərbaycan və Qafqazdan olan islam alimləri və akademikləri konfransda “Azərbaycan torpaqları xilas edilməli”, “Qarabağ torpaqlarındakı ermənilərin təhlükəsizliyi qorunmalı”, “İki tərəf beynəlxalq sərhədləri pozmamalı”, “Terrorçular İran sərhədlərinə yaxınlaşarsa, sərt bir şəkildə cavab verəcəyik” və başqa bu kimi mövzularda çıxışlar olacağı gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin