Kanada vətəndaşını təhqir edən və onun üzünə tüpürən Ermənistan parlamentinin sədri Alen Simonyan üzr istəyib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı erməni mətbuatı yayıb.
MÖVZU İLƏ BAĞLI:
Ermənistan parlamentinin sədri vətəndaşın üzünə tüpürdü - VİDEO
Mənbə yazır ki, o, Kanada vətəndaşından deyil, erməni xalqından üzr istəyib.
Spiker baş verənləri təkcə özü üçün deyil, həm də siyasi müxalifət üçün dərs adlandırıb:
"Onlar ritorikalarına, şəxsləri təhqir etmək taktikalarına yenidən baxmalı, sivil debata qayıtmalıdırlar".
Qeyd edək ki, bu insidentin müxalifətlə heç bir bağlılığı yoxdur. Bir neçə gün öncə erməni əsilli Kanada vətəndaşı Karen Mkrtçyan Simonyanı İrəvanın mərkəzindəki “Kaskad” kompleksinin yaxınlığında görərək, onu hər kəsin qarşısında satqın adlandırıb.
Spikerin mühafizəçisi buna cavab olaraq, Mkrtçyanın qollarını burub, Simonyan isə həmin şəxsin üzünə tüpürüb.
Bizim.Media