Ermənistandakı hərbi hissələrin birində müddətli qulluqda olan əsgərlərin məzuniyyətdən geri qayıtmaq istəməməsilə bağlı insident baş verib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “Sputnik Armenia” nəşri yayıb.
MÖVZU İLƏ BAĞLI:
“Dostlarımız gözümüzün önündə külə dönürdü...” – Hərbçilər etiraz edir
Mənbə yazır ki, fevralın 23-də bir qrup hərbçi və onların qohumları əsgərlərin daimi yerləşmə məntəqəsinə qayıtmalarına mane olmağa çalışıb.
Nəticədə hərbi hissədə iğtişaşlar başlayıb, bu vəziyyətdən istifadə edən bəzi əsgərlər isə hərbi hissəni özbaşına tərk ediblər.
Hissənin komandanlığı araşdırmaya başlayıb. Hərbi polisin axtardığı fərarilər barəsində müvafiq maddə ilə cinayət işləri başlanacaq.
Bizim.Media