“Xocalı abidəsi”nin ətrafına 70 mindən çox gül əkilib - Ziyarətə icazə verildi - RƏSMİ

Hazırda oxunan: “Xocalı abidəsi”nin ətrafına 70 mindən çox gül əkilib - Ziyarətə icazə verildi - RƏSMİ

12921

Ermənilərin azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımının 29-cu ildönümünə iki gün qalıb. Anım tədbirinin təşkili və insanların “Ana harayı” abidəsinə ziyarətinə icazə verilib.

Bu barədə Bizim.Media-ya açıqlamasında Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirib.

Onun sözlərinə görə soyqırımla əlaqədar anım tədbirinin keçirilməsi üçün rayon və “Ana harayı” abidəsinin ətrafı tam hazırlığa gətirilib:

 

MÖVZU İLƏ BAĞLI:

Xocalı tədbirləri martın 1-ə kimi davam edəcək – Diaspor Komitəsi


“Anım tdbirinin keçirilməyəcəyi söhbəti olmayacaq. Yüz faiz keçiriləcək və abidə kompleksi ilə bağlı lazımi tədbirləri görmüşük. Əlbəttə ki, pandemiyaya uyğun olaraq bütün normalar qorunacaq.

İnsanlar maskadan istifadə etmək şərtilə hissə-hissə və məsafəli şəkildə ziyarətə buraxılacaq. Bu cür böyük və dövlət tədbirlərində biz özümüz də yeri gələndə insanlara maska paylayırıq”.

Xocalı soyqırımının 29-ci ildönümü ilə əlaqədar bukletlər hazırladıqlarını qeyd edən Pənah İmanov “Ana harayı” abidəsinin ətrafına 70 mindən çox gül və çiçək əkildiyini deyib:

“Bundan əıavə yeni dizayn olaraq dekarativ kollar əkilib. Bir sözlə İcra Hakimiyyətinin üzərinə düşən bütün işlər tamamlanıb. Amma tədbirin hansı formatda olacağını rəhbər şəxslər bilər və onlar təşkil edəcək”.

Xatırladaq ki, Xocalı faciəsi Bəşər tarixində ən qanlı cinayətlərdən biridir. Aylarla mühasirədə saxlanılan Xocalı şəhəri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni faşistləri və onların havadarları tərəfindən yerlə-yeksan edilib.

Şəhərin dinc əhalisinə amansızlıqla divan tutulub:

63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər qətlə yetirilib, 1275 nəfər girov götürülüb. Soyqırım nəticəsində 8 ailə tamamilə yox edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Girov götürülülənlərdən 197-sinin taleyi hələ də məlum deyil.

Hər il Bakıda Xocalı şəhidlərinin xatirəsinə ucaldılan “Ana harayı” abidəsinə ziyarətlər təşkil olunur. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin