İranda hicabsız qadınlar ictimai nəqliyyata BURAXILMIR

Hazırda oxunan: İranda hicabsız qadınlar ictimai nəqliyyata BURAXILMIR

129012

İranda məcburi hicab qaydalarına riayət etməyən qadınlara qarşı təzyiqlər güclənib.

Bizim.Media "Azad İran" teleqram kanalına istinadən xəbər verir ki, aprelin 4-də İsfahan şəhərində məcburi hicab qaydalarına riayət etməyən qadınların metroya girişinə icazə verilmədiyi bildirilir. 

Məlumata görə, İsfahan metro dayanacaqlarının girişində "Hicabsız şəxslərə bilet satılmayacaq" məzmunlu xəbərdarlıq bildirişləri yapışdırılıb. 

Həmçinin sosial media fəallarının verdiyi məlumata görə, bir neçə yerdə metroya buraxılmayan qadınlarla məmurlar və nəzarətçilər arasında insident yaşanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin