Paşinyanın arvadı paxırlarını açdı: “44 günlük müharibədə 11 min fərarimiz oldu” - VİDEO

Hazırda oxunan: Paşinyanın arvadı paxırlarını açdı: “44 günlük müharibədə 11 min fərarimiz oldu” - VİDEO

128470

Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan 44 günlük müharibə zamanı ölkəsində olan fərarilərin sayını açıqlayıb. 

Bizim.Media xəbər verir ki,  Akopyan bu barədə Tavuş rayonunun Açarkut kəndində 44 günlük müharibə zamanı həlak olmuş David Şahnazaryanın anadan olmasının 23-cü ildönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı danışıb. 

“44 günlük müharibə zamanı 11 min fərarimiz var idi. Bunlar hərbçilər, könüllülər və zabitlər idi”, - deyə Akopyan bildirib. 

Qeyd edək ki, ötən ilin oktyabrında Ermınistan İstintaq Komitəsinin rəhbəri Argişti Kyaramyan bildirib ki, hərbi xidmət qaydasına qarşı cinayətlər, eləcə də hərbi əməliyyatlarla bağlı digər cinayətlər üzrə 12600-ə yaxın şəxs barəsində 1600-ə yaxın cinayət işi başlanıb.
Bu işlər çərçivəsində 883 vətəndaş, o cümlədən 78 zabit (17 yüksək rütbəli zabit) təqsirləndirilərək istintaqa cəlb edilib. Bundan əlavə, ümumilikdə 17 mindən çox insan dindirilib.
 

 


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin