İranda son sutka ərzində 8 330 nəfər koronavirusa yoluxub, 91 nəfər həyatını itirib.
Bizim.Media xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Lari məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
İranda daha 89 nəfər koronavirusun qurbanı oldu
O bildirib ki, bununla da İranda bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 59 663 nəfərə, xəstəliyə yoluxanların sayı isə 1 milyon 590 min 605 nəfərə çatıb.
Bu günə kimi ölkədə 1 milyon 358 min 541 nəfər xəstəlikdən tam sağalaraq evə buraxılıb.
Virusa yoluxan və hazırda xüsusi rejimli xəstəxanaların intensiv terapiya şöbələrində müalicəsini davam etdirən 3 696 nəfərin vəziyyəti ağırdır.
Bizim.Media