“Çiçəklənən Ermənistan” partiyasının deputatı Naira Zohrabyan Çeçenistan başçısı Ramazan Kadırovun qardaşı ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “Qraparak” qəzeti yayıb.
MÖVZU İLƏ BAĞLI:
Paşinyanın müharibə cinayətləri – Öz əsgərlərinə qarşı “psixoloji silah”dan istifadə edib
Mənbə yazır ki, parlamentin üzvü görüş zamanı erməni əsirlərin geri qaytarılması üçün Ramzan Kadırovdan kömək istəyib.
Söhbət ilk növbədə Azərbaycanda əsirlikdə olan 4 qadının qayıtmasından gedir.
Zohrabyan bu məlumatı hələ şərh etməyib.
Bizim.Media